
Bu il peyk rabitəsini əldə edəcək Xiaomi smartfonlarının adları açıqlanıb
Cihazlar+
05.02.2024
Emil
Son zamanlarda müxtəlif smartfon istehsalçıları öz cihazlarına peyk rabitəsi funksiyasını əlavə edirlər. Onların arasında Apple, Huawei və Honor kimi şirkətlər var. Yaxın zamanda bu siyahıya Xiaomi də daxil olacaq. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən şirkət peyk rabitəsi dəstəyini təqdimata hazırlaşan Xiaomi 14 Ultra smartfonuna əlavə edəcək. Lakin şirkət bununla yetinmək niyyətində deyil. İnsayder əlavə edib ki, peyk rabitəsi dəstəyini həmçinin Xiaomi 15 Pro, növbəti qatlana bilən Xiaomi Mix Fold və qatlana bilən qapaqlı Xiaomi Mix Flip smartfonları da əldə edəcəklər. Bəzi məlumatlara əsasən şirkət peyk rabitəsi imkanını hələ keçən il Xiaomi 14 Pro smartfonuna əlavə etmək istəyirdi. Lakin smartfonun satış qiymətini yüksəltməmək üçün şirkət nəticədə bu ideyadan imtina etdi.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
