
Bu il təqdim olunacaq Honor Magic 8 Pro-nun kamera göstəriciləri açıqlanıb
Cihazlar+
29.04.2025
Emil
Honor 2024-cü ilin oktyabr ayında Magic 7 Pro smartfonunu təqdim etmişdi. Lakin şirkət artıq onun davamçısı olacaq Magic 8 Pro üzərində artıq çalışır. Çindən əldə edilmiş ilkin məlumatlara görə, yeni model təkmilləşdirilmiş kamera və güclü texniki göstəricilərlə təchiz olunacaq. Ən böyük yeniliklərdən biri isə kameralarla bağlı olacaq. Magic 8 Pro modelinin üçlü arxa kamera sisteminə sahib olacağı gözlənilir. 50 MP-lik Əsas sensor, 50 MP-lik ultra genişbucaqlı obyektiv və 200 MP-lik periskopik teleobyektiv.

Bu konfiqurasiya Magic 7 Pro ilə oxşarlıq təşkil etsə də, əsas kameranın ciddi şəkildə təkmilləşdiriləcəyi ehtimal olunur. Hələlik kamera sensorunun eyni qalacağı - 1/1.3 tipli - nəzərə alınarsa, aparat təminatında dəyişiklik olub-olmayacağı məlum deyil. Bununla belə, gözlənilir ki, Magic 8 Pro kamerası daha hamar kadr keçidləri, yaxşılaşdırılmış fokuslama sürəti, optimallaşdırılmış dinamik diapazon və azaldılmış enerji sərfiyyatı ilə fərqlənəcək. Prosessora gəlincə, ehtimal olunur ki, Magic 8 Pro növbəti nəsil Qualcomm prosessoru - Snapdragon 8 Elite 2 və ya onun başqa bir versiyası ilə təchiz olunacaq.
Mənbə: Digital Chat Station
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
