
Bu il təqdim olunacaq yeni iPad Air-in CAD render fotoları təqdim edilib
Cihazlar+
22.01.2024
Emil
Hələ keçən il məlumat ortaya çıxmışdı ki, Apple şirkəti 12.9 düym ölçülü böyük ekrana sahib yeni iPad Air planşeti üzərində çalışır. Hazırlanan bu planşet iPad Air seriyasının ən böyük modeli olmalıdır. İndi isə 91mobiles saytı yeni iPad Air planşetinin eksklüziv CAD render fotolarını təqdim edib. Təqdim edilmiş CAD render fotolar yeni iPad Air modelinin dizaynı ilə bağlı təsəvvürlərin formalaşdırılmasında yardımçı olurlar.

Beləliklə CAD render fotolardan da görmək olar ki, hazırlanan yeni iPad Air modeli xarici görünüşcə hal-hazırda aktual olan iPad Air modellərinə bənzəyəcək. Bunda təəccüblü heç bir şey yoxdur. Belə ki, iPad Air-in dizaynı hələ bir neçə müddət bundan öncə yenilənmişdi. Beləliklə növbəti iPad Air planşeti nazik gövdəni və yastı kənar hissələri əldə edəcək. Bununla yanaşı planşet Touch ID düyməsinə və USB Type-C girişinə sahib olacaq. Gözləntilərə əsasən 12.9 düym ekranlı iPad Air planşeti Apple M2 prosessoru vasitəsilə çalışacaq.



Paylaş
Ən çox oxunanlar

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
