main-post-cover

    Bu ilin birinci rübündə alıcılar araısnda ən məşhur olmuş flaqman smartfonların reytinqi təqidm edilib

    Cihazlar+
    31.05.2023
    Farid Pardashunas
        Canalys adlı analitik şirkət bu ilin birinci rübü üzrə 500$ və ondan daha baha qiymətə satılan ən məşhur flaqman smartfonların reytinqini təqdim edib. Öz diqqət çəkən satış qiymətlərinə baxmayaraq sözügedən seqmentə daxil olan smartfonlar mobil bazarın yalnız 31%-ni əhatə edirlər. Bununla belə reytinqin ilk beşliyinə daxil olan smartfonlardan 4-ü yalnız bir brendə aid olan smartfonlardır.
        Belə ki, ilk dördlükdə yalnız Apple smartfonları qərarlaşıblar. Satış göstəriciləri üzrə birinci yeri iPhone 14 Pro Max, ikinci yeri iPhone 14 Pro, üçüncü yeri iPhone 14, dördüncü yeri isə iPhone 13 tutub. İlk beşliyin sonuncu təmsilçisi Samsung Galaxy S23 Ultra olub. İlk beşlikdən sonra smartfonların sıralanması belədir. iPhone 14 Plus, Galaxy S23, iPhone 12, Galaxy S23 Plus, Galaxy Z Flip 4, iPhone SE (2022), Galaxy S22, Xiaomi 13, Huawei Mate 50 Galaxy S21 FE 5G.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər