Logo
    main-post-cover

    Bu ilin ikinci rübündə ən çox satılmış smartfonların reytinqi təqdim edilib

    Cihazlar+
    13.10.2023
    Emil
         Counterpoint Research şirkəti bu ilin ikinci rübündə ən çox satılmış smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon modeli daxil olub və onlar yalnız Apple ilə Samsung şirkətlərini əhatə edirlər. 10 smartfondan 4-ü Apple şirkətinə, 6-sı ilə Samsung şirkətinə məxsusdur. Beləliklə reytinqə əsasən bu ilin ikinci rübündə ən çox satılmış smartfon iPhone 14 olub. İkinci yerdə iPhone 14 Pro Max, üçüncü yerdə iPhone 14 Pro, dördüncü yerdə isə iPhone 13 qərarlaşıb. Samsung smartfonlarına gəldikdə isə onlar beşinci yerdən başlayaraq siyahıda qərarlaşıblar. Sıralanma isə belədir. Samsung Galaxy A14, Galaxy A54, Galaxy A14 5G, Galaxy S23 Ultra, Galaxy A04eGalaxy A34.
    Paylaş