main-post-cover

    Bu ilin üçüncü rübündə alıcılar arasında ən məşhur olmuş smartfon brendlərinin adları açıqlanıb

    Cihazlar+
    18.10.2023
    Emil Nəcəfov
         Counterpoint Research analitik şirkəti bu ilin üçüncü rübündəki satış həcmləri üzrə ən məşhur smartfon brendlərinin reytinqini təqdim edib. Aparılmış yeni araşdırmaya əsasən bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə smartfon satışları bir qədər yaxşılaşıblar. Lakin illik yekun nöqteyi nəzərdən satışlar 8% aşağı düşüblər. Bu baxımdan bütün məşhur brendlərin satışları aşağı düşüb. Lakin ən çox zərəri Xiaomi şirkəti görüb. Belə ki, onun satışları 15% aşağı düşüb. Beləliklə bu ilin üçüncü rübündə smartfon bazarında lider qismində Samsung şirkəti çıxış edib.
         Belə ki, ümumdünya smartfon təchizatının 20%-i məhz Samsung-un payına düşür. Qatlana bilən Galaxy Z Flip 5-in keçən ilki Galaxy Z Flip 4-ə bənzər olması üzrə tənqidlərə baxmayaraq yeni smartfon alıcılar arasında iki dəfə daha məşhur olub. Reytinqin ikinci yerində Apple qərarlaşıb. O, ümumdünya smartfon təchizatının 16%-nə sahib olub. Üçüncü yeri 12%-lik göstərici ilə Xiaomi, dördüncü yeri 10%-lik göstərici ilə OPPO, beşinci yeri isə 8%-lik göstərici ilə vivo tutub. Bununla belə reytinqdə qeyd edilmiş bütün şirkətlərin satış göstəriciləri 2022-ci ilin üçüncü rübündəki satış göstəriciləri ilə müqayisədə aşağı düşüblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi HyperOS istifadəçi interfeysinin ilk screenshot fotoları ortaya çıxıb
    xiaomi-hyperos-istifadeci-interfeysinin-ilk-screenshot-fotolari-ortaya-cixib
    Apple böyük ekrana sahib daha bir iMac üzərində çalışır
    apple-boyuk-ekrana-sahib-daha-bir-imac-uzerinde-calisir
    24 düym ekranlı yeni iMac-ın hazırlandığı məşhur analitik tərəfindən təsdiqlənib
    24-duym-ekranli-yeni-imac-in-hazirlandigi-meshur-analitik-terefinden-tesdiqlenib
    Samsung Galaxy S24 və OnePlus 12 smartfonlarının ekranlarında parlaqlıq hansı səviyyədə olacaq?
    samsung-galaxy-s24-ve-oneplus-12-smartfonlarinin-ekranlarinda-parlaqliq-hansi-seviyyede-olacaq
    Yeni Apple Pencil stilusu təqdim olunub - QİYMƏTİ
    yeni-apple-pencil-stilusu-teqdim-olunub-qiymeti