Logo
    main-post-cover

    Bu ilin üçüncü rübündə ən çox satılmış smartfonların adları məlum olub

    Cihazlar+
    06.12.2023
    Emil
         Counterpoint Research analitik şirkəti bu ilin üçüncü rübündə ən çox satılmış smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Onlardan 4-ü Apple şirkətinə, 5-i Samsung şirkətinə, biri isə Redmi brendinə məxsusdur. Beləliklə reytinqə əsasən üçüncü rüb üzrə ən çox satılmış smartfon iPhone 14 olub. Reytinqin ikinci pilləsində iPhone 14 Pro Max, üçüncü pilləsində isə iPhone 14 Pro qərarlaşıb.
         Dördüncü yeri iPhone 13 tutub. Reytinqdən də görmək olar ki, ilk dörd yeri Apple smartfonları tutublar. Onlardan sonra Samsung şirkətinin smartfonları gəlir. Beləliklə beşinci yeri Galaxy A14, altıncı yeri Galaxy A14 5G, yeddinci yeri Galaxy A54, səkkizinci yeri isə Galaxy A04e tutub. Doqquzuncu yerdə Redmi 12C, onuncu yerdə isə Galaxy A34 qərarlaşıb. Analitiklər bildiriblər ki, bu ilin üçüncü rübündə dünya üzrə bütün smartfonların satışlarının 19%-i məhz bu reytinqdəki smartfonların paylarına düşüb.
    Paylaş