Bu ilki iPhone-lar necə adlanacaqlar?

Bu ilki iPhone-lar necə adlanacaqlar?

Mobil Cihazlar
22.09.2020 PAYLAŞIM

    Apple məhsulları barəsində dəfələrlə düzgün məlumat vermiş L0vetodream ləqəbli çinli insayder bu dəfə Apple şirkətinin yeni iPhone modellərinin hansı adlara sahib olacaqları barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən ən kompakt ölçüyə sahib olacaq bu ilki iPhone modeli iPhone 12 Mini adını əldə edəcək.

    Standart model iPhone 12, digər modellər isə iPhone 12 Pro iPhone 12 Pro Max adlarını əldə edəcəklər. Son məlumat sızıntılarına əsasən hər 4 iPhone 12 modeli gələn ay AirPods Studio professional qulaqlığı və AirTags axtarış trekeri ilə birlikdə təqdim olunacaq. Bu ilki iPhone modelləri 5G modem, alüminium və ya poladdan hazırlanmış gövdə, bir neçə arxa kamera və OLED ekranlar əldə etməlidirlər.


    Qeyd etmək lazımdır ki, iPhone 12 seriyasında 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranları gözləmək lazım deyil. Bununla yanaşı məlumata əsasən yalnız kompakt ölçüyə sahib olacaq iPhone 12 Mini modeli ekran üzərində daha kiçik çıxıntı hissəyə sahib olacaq. Yerdə qalan iPhone 12 modellərinin ekranları üzərlərində olacaq çıxıntı hissənin ölçüsü isə iPhone 11 seriyasındakı kimi olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×