main-post-cover

    Bu ilki iPhone-ların adları məşhur mobil operator tərəfindən təsdiqləndi

    Cihazlar+
    29.06.2020
    Emil Nəcəfov
        iPhone 12 smartfon seriyasının təqdimatına hələ çox zaman qalsa da onun barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Yeni məlumat sızıntısı isə öz mənbəsi ilə diqqət çəkir. Belə ki, bu il təqdim olunacaq hər 4 iPhone modelinin adları Avropanın məşhur T-Mobile mobil operatorunun saytında ortaya çıxıb. Bu barədə Gizmochina saytı xəbər evrib.
        Qeyd etmək lazımdır ki, bu, Apple smartfonlarının rəsmi təqdimatından öncə onların adlarının mobil operator tərəfindən sızdırılması üzrə ilk haldır. Beləliklə T-Mobile saytında ortaya çıxmış məlumata əsasən bu ilki Apple smartfonları iPhone 12, iPhone 12 Max, iPhone 12 ProiPhone 12 Pro Max adlarını əldə edəcəklər. Məlumata əsasən bu ilki iPhone 12 seriyasına daxil olacaq modellər 5.7 düym-dən başlayaraq 6.7 düym-ə kimi ekran ölçülərini əldə edəcəklər.
    Linki kopyala