
Bu ilki iPhone SE-nin dizaynı barəsində məlumat verilib
Cihazlar+
09.01.2022
Farid
Verilmiş yeni məlumata əsasən bu il təqdim olunması gözlənilən iPhone SE (2022) modeli xarici görünüşcə iPhone SE (2020) modelindən fərqlənməyəcək. Tamamilə yeni dizayna sahib iPhone SE modeli yalnız 2024-cü il üçün gözlənilir. 2021-ci il ərzində yeni iPhone SE modeli barəsində məlumatlar daimi şəkildə ortaya çıxırdı. Lakin keçən il sözügedən smartfon təqdim olunmadı. Yeni məlumata əsasən isə iPhone SE (2022) modeli bu ilin yaz fəslində təqdim olunacaq və xarici görünüşcə onda hansısa yeniliyi gözləmək lazım deyil.
Yeni iPhone SE-nin alınması üçün cəlbedici faktor 5G-nin dəstəyi olacaq. Beləliklə iPhone SE (2022) modeli xarici görünüşcə iPhone SE (2020) modelinə bənzəyəcək. Qeyd etmək lazımdır ki, iPhone SE (2020) modeli isə öz növbəsində 2017-ci ildə satışa çıxmış iPhone 8-in kopyasıdır. Məlumatda qeyd edilib ki, Apple şirkəti iPhone SE-nin xarici görünüşündə əsas dəyişikliyi 2024-cü ildə reallaşdıracaq. Həmin ildə təqdim ediləcək iPhone SE modeli xarici görünüşcə iPhone XR-i və ya iki kameralı iPhone 11-i xatırlada bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
