Logo
    main-post-cover

    Büdcəli AOC 24G10E gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.05.2024
    Emil
         AOC şirkəti öz yeni büdcəli gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor AOC 24G10E adlanır. Beləliklə AOC-un bu yeni monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, HDR10 dəstəyinə sahibdir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 130%-i ilə DCI-P3 rəng diapazonunun 110%-ni əhatə edir. Monitor özündə 2 ədəd HDMI, 1 ədəd DisplayPort girişini və üstəlik naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. AOC 24G10E artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 97$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş