Logo
    main-post-cover

    Büdcəli AOC 24G40E gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.10.2024
    Emil
         AOC şirkəti yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni büdcəli gaming monitoru AOC 24G40E adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran üstəlik 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 93%-ni əhatə edir. Monitor özündə HDMI 1.4 DisplayPort 1.4 girişlərini birləşdirir. AOC 24G40E artıq Çində satışa çıxıb və onun qiyməti 92$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş