
Büdcəli AOC 24G51F gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC 24G51F adlanır. Bu monitor ilk növbədə yüksək təsvir yenilənməsi ilə dəqiq rəng ötürülməsinə ehtiyac duyan, lakin aşağı qiymətə variant axtaran istifadəçilər üçün nəzərdə tutulub. Beləliklə monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 94%-ni əhatə edir. Bununla yanaşı monitor Motion Blur Reduction adlı texnologiyanı dəstəkləyir. Bu texnologiya kompüter oyununda hərəkət zamanı ola biləcək bulanıqlıq hallarını aşağı salır. Monitor özündə HDMI, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. AOC 24G51F artıq satışa çıxıb və onun qiyməti 74$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş