
Büdcəli AOC 27B35H monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
11.03.2024
Emil
AOC şirkəti öz yeni büdcəli monitorunu təqdim edib. Şirkətin yeni büdcəli monitoru AOC 27B35H adlanır. Sözügedən monitor həm ofis işləri həm də kompüter oyunları üçün yarayır. Beləliklə bu yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekran 8 bit-lik rənglərin və Adaptive-Sync texnologiyasının dəstəyinə sahibdir. Məlumatda qeyd edilib ki, bu monitorun ekranı 16.7 milyon rəngi əks etdirə bilir. Monitor özündə HDMI və VGA girişlərini birləşdirir. AOC 27B35H artıq Çində satışa çıxıb və onun qiyməti 85$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı isə bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
