main-post-cover

    Büdcəli Google Pixel 4a-nın səhvən render fotosu sızdırılıb

    Cihazlar+
    14.07.2020
    Farid Pardashunas
        Büdcəli Google Pixel 4a smartfonu barəsində artıq hər şey məlumdur. Lakin buna baxmayaraq Google şirkəti hələ də onu təqdim etməyib. İndi isə sözgedən smartfon Google Store platformasında ortaya çıxıb. Bu barədə The Verge saytı xəbər verib. Smartfonun render fotosu Google Store platformasında ortaya çıxıb. Çox güman ki, bu səhvən baş verib. Hər halda Pixel 4a-nın dizaynında bir sürpriz özəllik yoxdur.
        Ortaya çıxmış render fotoda smartfon qara rəngli gövdəyə və ağ rəngli yandırıb/söndürmə düyməsinə sahibdir. Ön kamera ekranın yuxarı sol hissəsində yerləşdirilmiş kiçik dairəvi çıxıntı hissəsinin daxilindədir. Smartfonun arxa panelində isə barmaq izi skanı texnologiyası və kvadrat formalı sahənin daxilində kamera mövcuddur. Əvvəlcədən də gözlənildiyi kimi Pixel 4a modeli bir ədəd arxa kameraya sahibdir. Qeyd etmək lazımdır ki, ekranda 12 may tarixi əks olunub.
        Görünür, şirkət həqiqətən də smartfonu 12 may tarixində təqdim etməyi planlaşdırırdı. Nəticədə isə təqdimat təxirə salındı. Pixel 4-nın yeni təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Son məlumat sızıntılarına əsasən smartfon 2340x1080 piksel keyfiyyətli 5.81 düym OLED ekran, Snapdragon 730 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12.2 MP-lik arxa kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 3080 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər