main-post-cover

    Büdcəli Google Pixel 4a-nın təqdimat tarixi rəsmi şəkildə elan olundu

    Cihazlar+
    31.07.2020
    Farid Pardashunas
        Büdcəli Google Pixel 4a smartfon modelinin yaxın zamanda təqdim olunacağı barəsində yayılmış məlumatlar öz təsdiqini tapdılar. Belə ki, insayderlərin təqdim etdikləri məlumat sızıntılarından sonra Google rəsmi şəkildə smartfonun təqdimat tarixini elan etdi. Təbii ki, şirkət bu cür elanı bir qədər qeyri-adi formada edib. Bu barədə Techradar saytı xəbər verib. Google şirkətinin rəsmi saytında sadə tapmacaya sahib yeni səhifə ortaya çıxıb. Həmin tapmacanın yerinə yetirilməsi üçün isə rəngli xanalara şirkətin loqosundakı rənglərin sıralanması ilə klik etmək lazımdır (göy, qırmızı, sarı, göy, yaşıl,qırmızı). Bunları edəndən sonra xanalar çevrilərək smartfonun təqdimat tarixini göstərəcəklər. Beləliklə Pixel 4a modelinin təqdimatı 3 avqust tarixində baş tutacaq.
    Google Pixel 4a
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər