main-post-cover

    Büdcəli Google Pixel 4a niyə hələ də təqdim olunmayb? Yeni məlumat sızıntısı

    Cihazlar+
    15.06.2020
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Google şirkəti özünün büdcəli Pixel 4a smartfon modelinin təqdimatını və satışını bir qədər təxirə salıb. Lakin indi ortaya çıxmış məlumata əsasən Pixel 4a ümumiyyətlə satışa çıxmaya bilər. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur hindistanlı insayder Ishan Agarwal-ın sözlərinə əsasən şirkət sözügedən smartfonun adını Pixel 5a ilə əvəz edəcək. Beləliklə büdcəli Pixel modeli artıq Pixel 5Pixel 5 XL smartfon seriyasının modeli kimi satışa çıxacaq. Bu cür qərar məntiqli səslənir. Belə ki, Pixel 5 seriyasının təqdimatı bu ilin payız fəslində baş tutmalıdır. Bu məlumatı XDA-Developers saytının baş redaktoru Max Weinbach da təsdiqləyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər