Logo
    main-post-cover

    Büdcəli HMD Aura 2 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.02.2025
    Emil
         HMD Global şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, HMD Aura 2-dən gedir. Bu yeni smartfon xarici görünüşcə şirkətin son zamanlarda təqdim etmiş olduğu digər smartfonlara bənzəyir. HMD Aura 2 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.52 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 460 nit təşkil edir.
         Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. HMD Aura 2, Unisoc SC9863A prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 13 MP-lik əsas arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir.
         Batareyaya gəldikdə isə smartfon 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. Qeyd etmək lazımdır ki, HMD Aura 2-nin əməliyyat sistemi qismində Android 14 Go çıxış edir. Smartfon artıq Çində satışa çıxıb və onun qiyməti 106$ təşkil edir. HMD Aura 2-nin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş
    Bənzər xəbərlər
    hmd-global-oz-brendi-altinda-ilk-naqilsiz-qulaqligini-hazirlayir
    Cihazlar+

    HMD Global öz brendi altında ilk naqilsiz qulaqlığını hazırlayır

    Daha öncə Nokia smartfonlarının istehsalı ilə məşğul olmuş HMD Global şirkəti keçən ildən öz brendi altında smartfonlarını hazırlamağa başladı. Bir neçə müddət bundan öncə isə məlum oldu ki, şirkət Nokia brendi altında bütün smartfonların istehsalından imtina edib. Ortaya çıxmış yeni məlumata əsasən HMD Global şirkəti indi də öz brendi altında ilk naqilsiz qulaqlığı üzərində çalışır.
    hmd-global-sirketi-butun-nokia-smartfonlarinin-istehsalini-dayandirdigini-elan-edib
    Cihazlar+

    HMD Global şirkəti bütün Nokia smartfonlarının istehsalını dayandırdığını elan edib

    HMD Global şirkəti bütün Nokia smartfonlarının istehsalını dayandırdığını rəsmi şəkildə elan edib. Bu, mobil cihazlar sahəsində daha bir böyük dövrün yekunlaşdığını göstərir.
    budceli-hmd-key-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Büdcəli HMD Key smartfonu təqdim edilib - QİYMƏTİ

    HMD Global şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Şirkətin yeni büdcəli smartfonu HMD Key adlanır. Bu smartfon xarici görünüşcə şirkətin son aylar ərzində təqdim etmiş olduğu smartfonlarından fərqlənmir.
    hmd-ridge-5g-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-aciqlanib
    Cihazlar+

    HMD Ridge 5G smartfonunun render fotosu və texniki imkanları açıqlanıb

    HMD Global şirkəti öz brendi altında yeni smartfonları üzərində çalışmağa davam edir. İnsayderlər şirkət tərəfindən hazırlanan yeni smartfonlardan birinin render fotosunu və texniki imkanlarını təqdim ediblər.
    hmd-global-in-orka-kod-adli-yeni-smartfonunun-render-fotolari-ve-texniki-gostericileri-teqdim-edilib
    Cihazlar+

    HMD Global-ın Orka kod adlı yeni smartfonunun render fotoları və texniki göstəriciləri təqdim edilib

    İnsayderlər HMD Global şirkətinin hələ təqdim olunmamış yeni smartfonunun render fotolarını və texniki imkanlarını təqdim ediblər. Onların sözlərinə əsasən HMD Global-ın yeni smartfonu Orka kod adına sahibdir.