main-post-cover

    Büdcəli HMD Aura smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.05.2024
    Emil Nəcəfov
         HMD Global şirkəti öz brendi altında smartfonlarını təqdim etməyə davam edir. Bu dəfə şirkət HMD Aura adlı yeni büdcəli smartfonunu təqdim edib. Sözügedən yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə HMD Aura smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym yastı IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşir. Barmaq izi skanı texnologiyası isə smartfonun arxa panelinə inteqrasiya edilib.
         Bununla yanaşı HMD Aura özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfon Unisoc SC9863A1 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB daxili yaddaş həcmini əldə edib. Smartfon ikili arxa kameraya sahibdir və onlardan ən əsası 13 MP-dir. Onun ön kamerası isə 5 MP-dir. Batareya mövzusunda HMD Aura 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. Smartfon qutudan Android 13 vasitəsilə çalışır. HMD Aura artıq satışa çıxıb və hələ ki, yalnız Avstraliyada satılır. Onun qiyməti 118$-dır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global şirkəti Nokia Lumia dizaynında yeni smartfonu üzərində çalışır
    hmd-global-sirketi-nokia-lumia-dizayninda-yeni-smartfonu-uzerinde-calisir
    HMD Global öz brendi altında HMD T21 adlı planşetini təqdim edib - QİYMƏTİ
    hmd-global-oz-brendi-altinda-hmd-t21-adli-plansetini-teqdim-edib-qiymeti
    HMD Global öz brendi altında yeni smartfonu HMD XR21-i təqdim edib - QİYMƏTİ
    hmd-global-oz-brendi-altinda-yeni-smartfonu-hmd-xr21-i-teqdim-edib-qiymeti
    HMD Global öz brendi altında Snapdragon prosessoruna sahib yeni smartfon üzərində çalışır
    hmd-global-oz-brendi-altinda-snapdragon-prosessoruna-sahib-yeni-smartfon-uzerinde-calisir
    Büdcəli HMD Vibe smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-hmd-vibe-smartfonu-teqdim-edilib-qiymeti