Logo
    main-post-cover

    Büdcəli HMD Key smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.01.2025
    Emil
         HMD Global şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Şirkətin yeni büdcəli smartfonu HMD Key adlanır. Bu smartfon xarici görünüşcə şirkətin son aylar ərzində təqdim etmiş olduğu smartfonlarından fərqlənmir. HMD Key smartfonu 1280x576 piksel keyfiyyətli 6.52 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 460 nit təşkil edir. Ekranın hansı göstəricidə təsvir yenilənməsini dəstəklədiyi açıqlanmayıb. Lakin çox güman ki, o, 60 Hz-lik təsvir yenilənməsinin dəstəyinə sahibdir.
         Smartfon Unisoc 9832E prosessoru vasitəsilə çalışır və 2 GB RAM ilə 32 GB (128 GB-a microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 8 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə HMD Key özündə 10 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareyanı birləşdirir. Onu da qeyd etmək lazımdır ki, bu yeni büdcəli smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunma özəlliyinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişə sahibdir. HMD Key artıq satışa çıxıb və onun qiyməti 74$ təşkil edir.
     
    Paylaş