Logo
    main-post-cover

    Büdcəli HMD Vibe smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.04.2024
    Farid
         HMD Global şirkəti öz brendi altında ilk smartfon seriyasını dünən təqdim etdi. Söhbət, HMD Pulse seriyasından gedir. İndi isə şirkət daha bir büdcəli smartfonunu təqdim edib. Söhbət, HMD Vibe-dan gedir. Məlumatda qeyd edilib ki, HMD Pulse seriyasından fərqli olaraq HMD Vibe smartfonu yalnız ABŞ bazarında satılacaq. Beləliklə HMD Vibe smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym yastı ekranla təchiz olunub.
         Smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. HMD Vibe Snapdragon 680 prosessoru vasitəsilə çalışır və özündə 6 GB RAM ilə 128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 13 MP + 2 MP ikili arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə HMD Vibe 10 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun satışlarına gələn ay start veriləcək və onun qiyməti 150$ təşkil edəcək.
    Paylaş