
Büdcəli Honor Play10C smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Honor Play10C adlı yeni büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor Play10C smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.61 düym ölçülü TFT ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1010 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Bununla yanaşı onun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Play10C özündə 13 MP-lik əsas arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play10C artıq Çində satışa çıxıb və onun qiyməti 90$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş