Logo
    main-post-cover

    Büdcəli Honor X5c Plus smartfonunun render fotoları və texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    17.09.2025
         Honor şirkəti yaxın zamanda büdcəli Honor X5c Plus smartfonunu təqdim etməlidir. İndi isə internetdə sözügedən smartfonun render fotoları və texniki imkanları ortaya çıxıb. Ortaya çıxmış render fotolara əsasən Honor-un bu yeni smartfonu özündə yastı gövdə dizaynını birləşdirəcək və onun ekranı üzərində damcı formalı çıxıntı hissə yerləşəcək. Arxa panelə gəldikdə, orda kvadrat formalı kamera sahəsi yerləşəcək və sahənin daxilində 2 ədəd kamera mövcud olacaq. Məlumatda qeyd edilib ki, Honor X5c Plus smartfonu 6.74 düym ölçülü LCD ekranla təchiz olunacaq, MediaTek Helio G81 prosessoru vasitəsilə çalışacaq, özündə 50 MP + 2 MP ikili arxa kameranı birləşdirəcək və 5620 mAh enerji tutumlu batareyaya sahib olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...