
Büdcəli Honor X6a smartfonunun fotoları və texniki göstəriciləri ortaya çıxıb
Honor şirkəti qlobal bazarda yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Honor X6a adlı smartfondan gedir. İnternetdə sözügedən smartfonun texniki göstəriciləri və fotoları ortaya çıxıb. Beləliklə ortaya çıxmış fotolardan da görmək olar ki, Honor X6a smartfonu xarici görünüşcə Honor Play 40-a bənzəyəcək. Yeni smartfonun 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.56 düym IPS ekran ilə təchiz olunacağı gözlənilir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfon Snapdragon 480+ prosessoru vasitəsilə çalışacaq və özündə 6 GB RAM-ı, 13 MP + 2 MP ikili arxa kameranı, 5 MP-lik ön kameranı və 5200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Honor X6a-nın yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər