
Büdcəli Honor X7d smartfonu təqdim edilib
Honor şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Yeni smartfon Honor X7d adlanır. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor X7d smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.9 düym ölçülü IPS ekranla təchiz olunub. Smartfonun gövdəsi IP65 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 685 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor X7d özündə 108 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X7d-nin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı açıqlanmayıb.

Paylaş