main-post-cover

    Büdcəli Huawei Enjoy 70s smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.05.2024
    Emil Nəcəfov
         Huawei şirkəti keçən həftə söz verdiyi kimi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Huawei Enjoy 70s-dən gedir. Huawei Pura 70 smartfon seriyasının dizaynına bənzər xarici görünüşə sahib olan bu yeni smartfon Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Huawei Enjoy 70s smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.75 düym yastı IPS LCD ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfon Enjoy X adlı əlavə fiziki düyməni əldə edib.
         İstifadəçi sözügedən düyməyə müxtəlif əməliyyatları təyin edə bilər. Huawei Enjoy 70s Snapdragon 680 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan HarmonyOS 4 vasitəsilə çalışır. Huawei Enjoy 70s artıq Çində satışa çıxıb. Onun 128 GB daxili yaddaşa sahib versiyası 165$-a, 256 GB daxili yaddaşa sahib versiyası isə 190$-a satılır. Smartfonun Çindən kənarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Huawei Enjoy 70S smartfonunun təqdimatı anons edilib
    budceli-huawei-enjoy-70s-smartfonunun-teqdimati-anons-edilib
    HUAWEI MateBook D16 nələr bacarır?
    huawei-matebook-d16-neler-bacarir
    Huawei MatePad planşet seriyasının yeni büdcəli modelinin təqdimatına hazırlaşır
    huawei-matepad-planset-seriyasinin-yeni-budceli-modelinin-teqdimatina-hazirlasir
    Qlobal bazarda Huawei MateBook 14 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matebook-14-2024-noutbuku-teqdim-edilib-qiymeti
    Qlobal bazarda Huawei MatePad 11.5”S planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matepad-115s-planseti-teqdim-edilib-qiymeti