
Büdcəli Huawei Enjoy 70S smartfonunun təqdimatı anons edilib
Cihazlar+
24.05.2024
Emil
Huawei şirkəti öz yeni büdcəli smartfonunun təqdimatını anons edib. Söhbət, Huawei Enjoy 70S-dən gedir. Çinin Weibo adlı sosial şəbəkəsində şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Huawei Enjoy 70S smartfonu 28 may tarixində təqdim ediləcək. Təqdim edilmiş posterdə həmçinin smartfonun dizaynı sərgilənib və bəzi özəllikləri qeyd edilib. Beləliklə posterdən də görmək olar ki, Huawei Enjoy 70S smartfonu yastı gövdəni və ekranı əldə edəcək. Onun arxa panelində isə düzbucaq formalı kamera sahəsi yerləşəcək və kamera sahəsinin daxilində iki ədəd obyektiv ilə LED işıqlandırma mövcud olacaq. Posterdə qeyd edilib ki, smartfon özündə Always-on-Display funksiyalı ekranı və 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfonun hansı prosessor vasitəsilə çalışacağı qeyd edilməsə də bunun Kirin 710A olacağı güman edilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
