
Büdcəli Huawei MateView SE Standard Edition monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.05.2025
Emil
Huawei şirkəti gündəlik ofis işlərinin görülməsinə istiqamətlənmiş büdcəli monitorunu təqdim edib. Söhbət, Huawei MateView SE Standard Edition-dan gedir. Beləliklə şirkətin bu yeni büdcəli monitoru 100 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor özündə HDMI 1.4 və DisplayPort 1.2 girişlərini birləşdirir. Huawei MateView SE Standard Edition artıq Çində satışa çıxıb və onun qiyməti 55$ təşkil edir. Monitorun Çindən kənarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
