main-post-cover

    Büdcəli Moto G (2024) smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    13.03.2024
    Emil Nəcəfov
         Motorola şirkəti 5G dəstəkli yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G (2024)-dən gedir. Bu yeni smartfon yüksək təsvir yenilənməsinə sahib ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Moto G (2024) 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.6 düym LCD ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşir. Smartfon həmçinin özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir.
         Moto G (2024) Snapdragon 4 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 4 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Moto G (2024) 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Moto G (2024)-ün satışlarına 21 mart tarixində start veriləcək və onun qiyməti 200$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola Edge 50 Pro flaqman smartfonunun fotoları ortaya çıxıb
    motorola-edge-50-pro-flaqman-smartfonunun-fotolari-ortaya-cixib
    Moto G Power 5G (2024) smartfonu Geekbench testlərindən keçib
    moto-g-power-5g-2024-smartfonu-geekbench-testlerinden-kecib
    Motorola süni zəka funksiyalarına sahib olacaq yeni flaqman smartfonunun təqdimatına hazırlaşır
    motorola-suni-zeka-funksiyalarina-sahib-olacaq-yeni-flaqman-smartfonunun-teqdimatina-hazirlasir
    Motorola Edge 50 Pro flaqman smartfonu yaxın zamanda təqdimata hazırlaşır
    motorola-edge-50-pro-flaqman-smartfonu-yaxin-zamanda-teqdimata-hazirlasir
    Moto G Power 5G (2024)-ün render fotoları təqdim edilib
    moto-g-power-5g-2024-un-render-fotolari-te