
Büdcəli Moto G04s smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
09.04.2024
Farid
Motorola şirkəti Avropada Moto G seriyasının yeni büdcəli modelini təqdim edib. Söhbət, Moto G04s-dən gedir. Moto G04s plastik materialdan hazırlanmış yastı gövdəyə və müvafiq olaraq yastı ekrana sahibdir. Smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşir. Üstəlik smartfon özündə kontaktsız ödənişlər üçün NFC çipini və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir.

Moto G04s Unisoc T606 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP-lik əsas arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Moto G04s 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Moto G04s-in satışlarına 30 aprel tarixində start veriləcək. Lakin o artıq indidən Amazon saytında 100 avro qiymətində ortaya çıxıb.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
