Logo
    main-post-cover

    Büdcəli Moto G05 smartfonu təqdim edilib

    Cihazlar+
    17.12.2024
    Emil
          Motorola şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G05-dən gedir. Motorola-nın bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Moto G05 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1604x720 piksel keyfiyyətli 6.67 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfonun gövdəsi həmçinin IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Moto G05 smartfonu MediaTek Helio G81-Ultra prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə o, 18 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareyaya sahibdir. Moto G05-in nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş