
Büdcəli Moto G24 Power smartfonunun fotoları ortaya çıxıb
Cihazlar+
15.12.2023
Emil
Motorola şirkətinin hazırladığı yeni büdcəli smartfonun fotoları ortaya çıxıb. Söhbət, Moto G24 Power-dən gedir. Fotolardan da görmək olar ki, smartfon xarici görünüşcə Motorola-nın hal-hazırda aktual olan smartfonlarına bənzəyəcək. Moto G24 Power yastı ekranı əldə edəcək və ekran üzərində ön kamera üçün kiçik dairəvi çıxıntı olacaq. Arxa paneldən isə smarton iki ədəd kamera obyektivini əldə edəcək. Məlumatda qeyd edilib ki, kameraların hər biri 50 MP-lik olacaq. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Motorola G24 Power bazara Silver və Dark Blue rənglərində satışa çıxacaq. Çox güman ki, smartfon gələn ilin əvvəlində təqdim olunacaq.



Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
