main-post-cover

    Büdcəli Moto G24 smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    23.01.2024
    Farid Pardashunas
         Motorola şirkəti Moto G seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Moto G24-dən gedir. Bu yeni smartfon plastik materialdan hazırlanmış gövdəyə sahibdir və gövdənin özü IP52 standartı üzrə sudan qorunur. Smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.6 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 537 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfon həmçinin stereo səsgücləndiricilərə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Moto G24 MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və özündə 4/8 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 16 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə o, 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Moto G24 artıq Avropa bazarında 130 avro qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola RAZR+ (2024) adlı yeni qatlana bilən smartfon hazırlanır
    motorola-razr-2024-adli-yeni-qatlana-bilen-smartfon-hazirlanir
    Büdcəli Moto G24 smartfonunun render fotoları təqdim edilib
    budceli-moto-g24-smartfonunun-render-fotolari-teqdim-edilib
    Moto G Play 2024 smartfonu təqdim edilib - QİYMƏTİ
    moto-g-play-2024-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G Stylus (2024) smartfonunun render fotoları və texniki göstəriciləri təqdim edilib
    moto-g-stylus-2024-smartfonunun-render-fotolari-ve-texniki-gostericileri-teqdim-edilib
    Moto G34 5G smartfonunun qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    moto-g34-5g-smartfonunun-qlobal-versiyasi-teqdim-edilib-qiymeti