
Büdcəli Moto G24 smartfonunun render fotoları təqdim edilib
Cihazlar+
22.01.2024
Emil
Motorola şirkəti öz yeni büdcəıli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Moto G24-dən gedir. İndi isə insayderlər Moto G24-ün render fotolarını təqdim ediblər. Fotolardan da görmək olar ki, Moto G24 smartfonu Moto G seriyası altında son zamanlarda satışa çıxmış modellərə bənzəyəcək. Bununla yanaşı fotolara əsasən yeni büdcəli smartfon bazara 3 gövdə rəngində satışa çıxacaq. Qara, yaşıl və çəhrayı. İnsayderlərin sözlərinə əsasən Moto G24 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym IPS LCD ekranla təchiz olunacaq və MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 50 MP + 2 MP ikili arxa kameranı və 20 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Moto G24 yaxın zamanda təqdim olunmalıdır.



Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
