Logo
    Büdcəli Moto G34 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Büdcəli Moto G34 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.12.2023
         Motorola şirkəti Moto G seriyasının yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G34 5G-dən gedir. Beləliklə Moto G34 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.5 düym OLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon həmçinin Dolby Atmos dəstəkli stereo səsgücləndiricilərə sahibdir.
         Smartfon Snapdragon 695 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini (microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kameranı, 16 MP-lik ön kameranı və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Moto G34 5G artıq Çin bazarında 140$-a satışa çıxıb. Müəyyən müddətdən sonra smartfon həmçinin qlobal bazarda da satışa çıxacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Büdcəli Moto G34 5G smartfonu təqdim edilib - QİYMƏTİ