Logo
    main-post-cover

    Büdcəli Moto G34-ün fotoları ortaya çıxıb

    Cihazlar+
    15.12.2023
    Emil
         Biz biraz əvvəl Motorola şirkətinin hazırladığı yeni büdcəli smartfonu Moto G24 Power-in fotolarının ortaya çıxması xəbərini verdik. İndi isə məlum olub ki, Moto G24 Power ilə yanaşı həmçinin Moto G34 smartfonunun da fotoları ortaya çıxıb. Fotolardan da görmək olar ki, Moto G34 smartfonu xarici görünüşcə Moto G24 Power-ə bənzəyir. Moto G24 Power kimi Moto G34 də yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik ölçülü dairəvi çıxıntı yerləşəcək.  Bununla yanaşı Moto G34 də arxa paneldən iki ədəd kamera obyektivini əldə edəcək və çox güman ki, hər iki kamera 50 MP-lik olacaq. Smartfon bazara  Dark Blue, Light BlueBlack rənglərində satışa çıxacaq. Moto G34 böyük ehtimal ilə gələn ilin əvvəlində təqdim olunacaq.
    Paylaş