
Büdcəli Nokia C02 smartfonu təqdim edilib
HMD Global şirkəti MWC 2023 sərgisini gözləmədən yeni Nokia smartfonunu təqdim edib. Söhbət, Nokia C02 adlı büdcəli smartfondan gedir. Sözügedən smartfon müasir dövrdə satışa çıxan bir çox smartfonlarla müqayisədə öz kompakt ölçüləri ilə fərqlənir. Bununla yanaşı Nokia C02 modeli büdcəli smartfonların texniki özəllikləri üçün optimizasiya edilmiş daha sadə Android vasitəsilə çalışır. Beləliklə Nokia C02 modeli HD+ keyfiyyətli 5.45 düym IPS LCD ekran ilə təchiz olunub. Ekran üzərində ön kamera üçün heç bir çıxıntı hissə yoxdur. Lakin bununla belə ön paneldən yuxarı və aşağı hissələrdəki çərçivələr bir xeyli qalındır. Ön kamera da məhz yuxarı çərçivədə yerləşdirilib.
Nokia C02-nin gövdəsi plastik materialdan hazırlanıb və IP52 standartı üzrə sudan qorunur. Smartfonun hansı prosessor vasitəsilə çalışdığı barəsində məlumat verilməyib. Digər texniki özəlliklərə gəldikdə isə smartfon 2 GB RAM, 32 GB daxili yaddaş həcmi, 5 MP-lik arxa kamera, 2 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şarj prosesi microUSB 2.0 girişi vasitəsilə reallaşdırılır. Nokia C02 Android 12 Go Edition əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon mart ayında satışa çıxmalıdır. Onun qiyməti barəsində məlumat daha sonra veriləcək. Lakin gözləntilərə əsasən smartfon 100$-dan aşağı qiymətə satılacaq.
Paylaş
Bənzər xəbərlər