Logo
    main-post-cover

    Büdcəli Nokia G42 5G smartfonunun render fotosu və texniki göstəriciləri ortaya çıxıb

    Cihazlar+
    21.06.2023
    Emil
        HMD Global şirkəti Nokia G seriyasının növbəti büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Nokia G42 5G smartfonundan gedir. İndi isə bu smartfonun render fotosu və texniki özəllikləri barəsində məlumatlar internetdə ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Nokia G42 5G smartfonu HD+ keyfiyyətli 6.56 düym ekran ilə təchiz olunacaq. Ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunacaq və onun maksimal parlaqlıq səviyyəsi 560 nit təşkil edəcək. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün damcı formalı çıxıntı yerləşəcək.
        Smartfon Snapdragon 480+ prosessoru vasitəsilə çalışacaq və özündə 4/6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Nokia G42 5G microSD dəstəyini və yandırıb/söndürmə düyməsində barmaq izi skanı texnologiyasını əldə edəcək. Onun gövdəsi IP52 standartı üzrə sudan qorunacaq və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahib olacaq. Bununla yanaşı smartfon 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 20 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Nokia G42 5G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər