Logo
    main-post-cover

    Büdcəli Nubia V70 Design smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.11.2024
    Emil
         Nubia şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Şirkətin yeni büdcəli smartfonu Nubia V70 Design adlanır. Bu yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Nubia V70 Design smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü IPS ekranla təchiz olunub. Smartfon Unisoc T606 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda Nubia V70 Design smartfonu 50 MP + 2 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nubia V70 Design yaxın zamanda Filippində 76$-a satışa çıxacaq. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş