
Büdcəli OnePlus 9i smartfon modelinin render fotosu ilə texniki özəllikləri internetə sızdırılıb
Cihazlar+
08.12.2020
Emil
OnePlus şirkəti hələ OnePlus 9 smartfon seriyasını təqdim etməsə də internetdə artıq yeni smartfon modellərindən birinin render fotosu və texniki özəllikləri ortaya çıxıb. İnsayderlərin verdikləri məlumatlara əsasən OnePlus 9i adlı smartfon gələn ilin əvvəlində təqdim olunacaq və seriyanın ən büdcəli modeli olacaq. Bu barədə 4pda saytı xəbər verib.
Ortaya çıxmış məlumata əsasən OnePlus 9i smartfonu 5.99 düym ekran, Snapdragon 636 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi və 12 MP + 5 MP ikili arxa kamera ilə təchiz olunacaq. Smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışacaq. Ortaya çıxmış bu render fotonun həqiqətən də OnePlus 9i modelinə aid olub-olmadığı dəqiq bilinmir. Məlumata əsasən OnePlus şirkəti növbəti smartfon təqdimatını gələn ilin mart ayında keçirdəcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
