Logo
    main-post-cover

    Büdcəli OnePlus Nord CE 3 Lite smartfonunun nə zaman təqdim olunacağı məlum olub

    Cihazlar+
    13.03.2023
    Emil
        OnePlus şirkəti Nord smartfon seriyasına daxil olacaq yeni büdcəli model üzərində çalışır. Söhbət, OnePlus Nord CE 3 Lite modelindən gedir. İndi isə insayderlər sözügedən smartfonun təqdimat tarixini açıqlayıblar. OnePlus Nord CE 3 Lite smartfonunun texniki özəllikləri barəsində məlumat çox azdır. Məlumdur ki, smartfon yüksək təsvir yenilənməsinə sahib IPS ekrana, Snapdragon 600 seriyasına daxil olan prosessora və sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. OnePlus Nord CE 3 Lite modelinin 300$-dan ucuz qiymətə satılacağı gözlənilir. İnsayderlərin sözlərinə əsasən sözügedən smartfon 4 aprel tarixində təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər