main-post-cover

    Büdcəli OnePlus Nord N10 və Nord N100 smartfonları təqdim olunublar - QİYMƏTİ

    Cihazlar+
    27.10.2020
    Emil Nəcəfov
        OnePlus şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirtmədən Nord seriyasının iki yeni orta büdcəli smartfon modelini təqdim edib. Söhbət, Nord N10 Nord N100 smartfonlarından gedir. Maraqlısı ondadır ki, bu smartfonlar şirkətin microSD dəstəkli ilk smartfonlarıdır. Bəlli olmayan səbəblərə görə məhz Nord N10 modeli daha təkmilləşdirilmiş texniki özəlliklər əldə edib. Nord N100 modeli isə daha çox büdcəli smartfonlara aid edilir. Hər iki smartfon xarici görünüşcə eynidir. Onlar texniki özəlliiklər ilə bir-birilərindən fərqlənirlər.
        İlk öncə Nord N10 modelindən başlayacaq. Sözügedən model 2400x1080 piksel keyfiyyətli 6.49 düym ekrana sahibdir. Ekranın özü isə 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və onun yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Əsas texniki özəlliklərə gəldikdə isə Nord N10 modeli Snapdragon 690 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP (ultragenişbucaqlı obyektiv) + 5 MP (makroobyektiv) + 2 MP (monoxrom obyektiv) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Nord N100 modelinə gəldikdə isə bu smartfon 1600x900 piksel keyfiyyətli 6.52 düym ekran (60 Hz-lik təsvir yenilənməli), Snapdragon 460 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 13 MP + 2 MP (ToF sensor) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 13 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon OxygenOS 10.5 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Onu da qeyd etmək lazımdır ki, Nord N10 modeli 5G şəbəkəsini dəstəkləyir. Nord N100 modelində isə yalnız 4G şəbəkəsinin dəstəyi reallaşdırılıb. OnePlus şirkətinin yeni büdcəli smartfon modelləri gələn ay satışa çxıacaqlar. Nord N10 modeli 329 avroya, Nord N100 modeli isə 179 avroya satılacaq.
    Linki kopyala