main-post-cover

    Büdcəli OnePlus Nord-un rəsmi render fotoları təqdim olundu

    Cihazlar+
    09.07.2020
    Farid Pardashunas
        Büdcəli OnePlus Nord smartfon modelinin təqdimatına az müddət qalmış nüfuzlu insayder Evan Blass onun rəsmi render fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, OnePlus Nord modeli şüşə materialdan hazırlanmış gövdə, kənarları bir qədər əyilmiş yastı ekran və ekran üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə ilə təchiz olunacaq.
        Məlumata əsasən smartfon 32 MP + 8 MP ikili ön kameraya sahib olacaq. Smartfonun arxa panelində dördlü kamera yerləşdiriləcək: 48 MP + 8 MP + 5 MP + 2 MP. Arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya birbaşa ekrana inteqrasiya ediləcək. Bununla yanaşı smartfonda ənənəvi 3.5 mm-lik audiogiriş olmayacaq. Qeyd etmək lazımdır ki, OnePlus Nord 21 iyul tarxində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər