main-post-cover

    Büdcəli OnePlus smartfonu şirkət tarixində bu özəlliyi əldə edəcək ilk smartfon modeli olacaq

    Cihazlar+
    27.06.2020
    Farid Pardashunas
        İlk baxışdan elə gələ bilər ki, hələ təqdim olunmamış büdcəli OnePlus smartfon modeli barəsində artıq hər şey məlumdur. Lakin smartfonun təqdimatı yaxınlaşdıqca onun brəsində yeni məlumatlar ortaya çıxmağa davam edir. Belə ki, Android Central saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən OnePlus şirkətinin büdcəli smartfon modeli (OnePlus Nord) şirkət tarixində ikili ön kameranı əldə edəcək ilk smartfon modeli olacaq.
        İkili ön kamera smartfon ekranının yuxarı sol hissəsində yerləşməlidir. Məlumata əsasən birinci kamera sensoru 32 MP-lik, ikinci kamera sensoru is 8 MP-lik olacaq. Qeyd etmək lazımdır ki, büdcəli OnePlus modelinin ilk prototip fotolarında yalnız bir ön kamera var idi. Görünür, şirkət bu cür dizayndan imtina edib. XDA-Developers saytının baş redaktoru Max Weinbach qeyd edib ki, büdcəli OnePlus modeli xarici görünüşcə çox gümanki Realme X50 Pro 5G smartfonuna bənzəyəcək.
        Son məumat sızıntılarına əsasən büdcəli OnePlus smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym AMOLED ekran, Snapdragon 765G prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, dördlü arxa kamera, 30 vatt gücündə sürətli şarj texnologiyasına sahib 4300 mAh enerji tutumlu batareya və 5G modem ilə təchiz olunacaq. Büdcəli OnePlus modeli artıq gələn ay təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər