main-post-cover

    Büdcəli OnePlus smartfonunun adı, dizaynı və qiyməti rəsmi olaraq təsdiqləndi

    Cihazlar+
    01.07.2020
    Emil Nəcəfov
        OnePlus şirkəti özünün büdcəli smartfon modelinin reklam kampaniyasını davam etdirir. Bu istiqamətdə şirkət sözügedən smartfona həsr edilmiş New Beginnings adlı sənədli videonun ilk hissəsini təqdim edib. Həmin video ilə şirkət büdcəli smartfonun adını, dizaynını və qiymətini təsdiqləyib. Beləliklə OnePlus rəsmi olaraq təsdiq edib ki, büdcəli smartfon modeli OnePlus Nord adını əldə edəcək.
        Qeyd etmək lazımdır ki, daha əvvəlki məlumat sızıntılarında bu ad qeyd olunurdu. Bununla yanaşı təqdim edilmiş videoda OnePlus Nord-un dizaynı bir neçə saniyəlik əks olunub. Əks olunmuş dizayndan belə qənaətə gəlmək olar ki, smartfon nazik çərçivələrə sahib yastı ekran və ekran üzərində yerləşdirilmiş ikili ön kamera ilə təchiz olunacaq.
        OnePlus şirkətinin CEO-su Pete Lau-nun sözlərinə əsasən OnePlus Nord smartfonu son bir neçə il ərzində şirkətin 500$-dan aşağı qiymət göstəricisinə sahib smartfonu olacaq. Bəzi məlumatlara əsasən OnePlus Nord modeli 299$-a satılacaq. Qeyd etmək lazımdır ki, OnePlus Nord-un təqdimatı gələn ay baş tutacaq.
    Linki kopyala