Büdcəli OnePlus smartfonunun adı təsadüfən sızdırıldı

Büdcəli OnePlus smartfonunun adı təsadüfən sızdırıldı

Mobil Cihazlar
25.06.2020 PAYLAŞIM

    OnePlus şirkəti özünün hələ anons olunmamış orta büdcəli smartfon modelinə marağı artırmağa davam edir. Smartfonun dəqiq olaraq necə adlanacağı hələ də sirr olaraq qalır. Variantlar arasında OnePlus 8 Lite, OnePlus Z OnePlus Nord var. Şirkət yeni smartfon modelinin adını axtaran şəxsləri trollamaq üçün Instagram səhifəsi yaradıb və onu OnePlusLiteZthing adlandırıb. Lakin görünür, şirkətin büdcəli smartfon modeli OnePlus Nord adını əldə edəcək. Belə ki, sözügedən Instagram səhifəsində yerləşdirilmiş və tez bir zamanda silinmiş foto bunu sübut edir.

    Həmin fotoda Nord sözü əks olunub. Əgər həmin foto növbəti troll deyilsə deməli smartfon həqiqətən də OnePlus Nord adını əldə edəcək. Smatfonun təqdimatının nə zaman olacağına da şirkət kreativ şəkildə işarə edib. Belə ki, yaradılmış Instagram səhifəsində Morze əlifbası ilə yazılmış mesaj paylaşılıb. Onun deşifrələnməsindən sonra ortaya iyul sözü çıxır. Bu isə o deməkdir ki, smartfon gələn ay təqdim olunacaq. Bəzi məlumatlara əsasən təqdimat tədbiri 10 iyul tarixində baş tutacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei yeni qatlana bilən smartfon üzərində çalışır: Yeni model Mate X-dən nə il..

Huawei şirkətinin Mate X və Mate Xs adlı qatlana bilən smartfon modelləri xarici istiqamətə qatlanma..


Poco brendi orta büdcəli M2 Pro smartfonunu təqdim etdi - QİYMƏTİ

Poco brendi M2 Pro modelini təqdim etməklə özünün smartfon seriyasını genişləndirdi.


Galaxy Note 20 Ultra-nın real fotoları sızdırılıb

Render fotoların sızıdırılmasından sonra Galaxy Note 20 Ultra smartfon modelinin real fotoları da sı..


OnePlus Nord-un təqdimat tarixi barəsində məlumat verildi: Təqdimat tam fərqli f..

İnsayderlər güman edirdilər ki, büdcəli OnePlus Nord smartfon modelinin təqdimatı 10 iyul tarixində ..


Galaxy Note 20 və Note 20 Ultra smartfonlarının qiymətləri ortaya çıxıb

Gələn ay təqdim olunması gözlənilən Galaxy Note 20 smartfon seriyasının bir neçə gün bundan öncə diz..


Huawei şirkətinin yeni ideyası smartfonları professional kameralar səviyyəsinə ç..

Son illərdə Huawei smartfonları mobil kamera reytinqlərində yüksək pillələri tuturlar. Bunun üçün şi..

×