Büdcəli OnePlus Z smartfonu nə zaman təqdim olunacaq və hansı özəlliklərə sahib olacaq?
Cihazlar+
08.06.2020
Emil Nəcəfov
OnePlus şirkətinin CEO-su Pete Lau büdcəli OnePlus modelinin təqdim olunacağı məlumatını verəndən sonra internetdə həmin smartfon barəsində məlumatlar ortaya çıxmağa davam edir. İnsayderlər OnePlus şirkətinin büdcəli smartfon modelinin texniki özəlikləri ilə yanaşı onun təqdimat tarixini də qeyd ediblər. Bu barədə Gizchina saytı xəbər verib.
Beləliklə insayderlərin verdikləri məlumata əsasən büdcəli OnePlus Z smartfonu iyul ayının ikinci həftəsində təqdim olunacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, OnePlus Z modeli Snapdraogn 765G prosessoru ilə təchiz olunacaq. İndi isə smartfonun sahib olacağı RAM və daxili yaddaş göstəriciləri qeyd olunub. Belə ki, smartfon 8/12 GB RAM-a və 128/256 GB daxili yadaş həcminə sahib olacaq.
Məlumatda qeyd olunub ki, OnePlus Z modelinin ekranı 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Büdcəli OnePlus modeli üçlü arxa kamera ilə təchiz olunacaq: 48 MP + 12 MP + 13 MP. Cihazın batareya həcmi isə 4000 mAh olacaq və 30 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. OnePlus Z-nin hansı qiymətə satılacağı barəsində hələ heç bir məlumat yoxdur.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!