Logo
    main-post-cover

    Büdcəli Philips 27M2N3500UK gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.05.2025
    Emil
         Philips şirkəti öz yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips 27M2N3500UK adlanır. Beləliklə bu yeni monitor 300 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 95.8%-ni, Adobe RGB rəng diapazonunun isə 93.8%-ni əhatə edir. Monitor özündə Adaptive-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Philips 27M2N3500UK artıq Çində satışa çıxıb və onun qiyməti 170$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş