main-post-cover

    Büdcəli POCO Buds X1 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.08.2024
    Emil Nəcəfov
         POCO brendi POCO M6 Plus 5G smartfonu ilə yanaşı həmçinin POCO Buds X1 adlı naqilsiz qulaqlığını da təqdim edib. Beləliklə POCO Buds X1 qulaqlıqları vakuum konstruksiyasını əldə ediblər və onlara 12.4 mm-lik audio drayver quraşdırılıb. Bu qulaqlıqların büdcəli olmalarına baxmayaraq onlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər. Bunun sayəsində qulaqlıqlar ətraf səs-küyü 40 dB-ə (desibel) kimi boğa bilirlər.
         Qulaqlıqlar həmçinin Bluetooth 5.3 Android cihazlara sürətli qoşulmanı təmin edən Google Fast Pair texnologiyasının dəstəyinə sahibdirlər. Qulaqlıqların gövdələri IP54 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyini əldə ediblər. Məlumata əsasən onlar bir dəfə şarj olunandan sonra 7 saat (şarj keysi ilə birlikdə 36 saat) çalışa bilirlər. POCO Buds X1 5 avqust tarixində satışa çıxacaq və onun qiyməti 20$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO M6 Plus 5G təqdim edilib - QİYMƏTİ
    poco-m6-plus-5g-teqdim-edilib-qiymeti
    Xiaomi-nin bəzi smartfonlarının nə qədər müddət ərzində dəstəklənəcəkləri məlum olub
    xiaomi-nin-bezi-smartfonlarinin-ne-qeder-muddet-erzinde-desteklenecekleri-melum-olub
    Xiaomi 15-in ekran, kamera və batareya göstəriciləri açıqlanıb
    xiaomi-15-in-ekran-kamera-ve-batareya-gostericileri-aciqlanib
    Xiaomi SU7-nin qlobal bazarda satışa çıxma ehtimalı var
    xiaomi-su7-nin-qlobal-bazarda-satisa-cixma-ehtimali-var
    Təqdimatdan 1 gün öncə POCO M6 Plus 5G-in bəzi texniki imkanları təsdiqlənib
    teqdimatdan-1-gun-once-poco-m6-plus-5g-in-bezi-texniki-imkanlari-tesdiqlenib