Logo
    main-post-cover

    Büdcəli POCO C61 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.03.2024
    Emil
         Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C61-dən gedir. POCO-nun bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, ikili arxa kameranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO C61 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1650x720 piksel keyfiyyətli 6.71 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib və smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.
         POCO C61 MediaTek Helio G36 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 64/128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 8 MP + 0.08 MP ikili arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə POCO C61 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. POCO C61 artıq satışa çıxıb. 4 GB RAM-a və 64 GB yaddaşa sahib versiya 90$-a, 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya isə 100$-a satılır.
    Paylaş